"Brentford" qış "transfer pəncərəsi"ndə "Jirona"nın mərkəz müdafiəçisi Holms Junioru heyətinə qatmaq üçün danışıqlara başlamaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu 17 yaşlı futbolçunu mövsümün ortasında satmaq istəmir. Lakin ingilislər onun üçün səkkiz milyon avro məbləğində təklif irəli sürməyi planlaşdırır.

 

Junior bu yay klubla müqaviləsini 2029-cu ilə qədər uzatsa da, bu, onun komandada saxlanılması üçün kifayət etməyə bilər. "Barselona" da futbolçuya maraq göstərir və gələn yay onun transferini reallaşdıra bilər.

 

Holms bu mövsüm əsas komandada debüt edib. O, artıq 10 oyuna çıxıb və bir qol vurub.

 

Qeyd edək ki, Kolumbiya pasportuna sahib olan mərkəz müdafiəçisi İspaniyanın U-19 yığmasına dəvət alıb və bu komandanın heyətində dörd matçda iştirak edib.