"Neftçi" və "Aerowingo.az"ın başladığı kampaniyada daha bir qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, bugünkü "Zirə" ilə matça onlayn bilet alıb biletini stadionun girişində skan edərək oyuna gələn Şahmurad Əsgərli adlı azarkeş təsadüfi yolla seçilərək İstanbula gediş-qayıdış aviabileti qazanıb.
Qalibin müəyyənləşməsi prosesi "Instagram" və "Facebook" sosial şəbəkələrinin "hekayə" bölməsində paylaşılıb. Hədiyyəni azarkeşimizə "Aerowingo.az"ın icraçı direktoru Çingiz Piri-zadə təqdim edib.