Misli Premyer Liqasının 13-cü tutunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Zirə"ni qəbul edir.
Meydan sahibləri hazırda 27 xalla çempionatın lideridir. Və heç şübhəsiz ki, zirvədə yerini qorumaq üçün bu matçdan da qalib ayrılmağı düşünür. "Zirə" isə turnir cədvəlinin 20 xalla 5-ci pillədə qərarlaşıb. Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan "qartallar"ın da liderlər qrupundan uzaq düşməmək üçün 3 xal uğrunda mübarizə aparacağı şübhə doğurmur.
Qonaqlar bu matça 4 itki ilə çıxacağı məlumdur. İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən turun mərkəzi qarşılaşmasını kənardan izləmək məcburiyyətindədirlər.
Qeyd edək ki, "Neftçi" geridə qalan turlarda cəmi bir oyunda məğlub olub ki, o da Zirədə qeydə alınıb. Tərəflər arasında I dövrədə baş tutan görüş "qaratallar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
II dövrə, VIII tur
19:00. "Neftçi" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Palms Sports Arena".
"Neftçi": 1. Emil Balayev (k), 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 97. Bassala Sambu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 26. Adeleke Akinyemi, 70. Andrey Ştoqrin
10. Freddi Varqas,22. Denzel Jubitana, 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub
"Zirə": 12. Maykon Kleyton, 32. Qismət Alıyev (k), 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 21. Rikardo Martins, 17. Filipe Vieyra, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 72. Hüseynəli Quliyev, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 57. Yusif Hacıyev, 10. Giorgi Papunaşvili, 23. Dameyn Smit, 29. Kris Diqbeu
Baş məşqçi: Rəşad Sadıqov