Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən D kateqoriyalı məşqçi kursu bu gün başa çatıb. Sport24.az xəbər verir ki, AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq noyabrın 24-də start götürən üçgünlük təlim proqramı ərzində iştirakçılara məşq prosesinin planlaşdırılması, eləcə də müasir futbol metodikası üzrə nəzəri və praktiki biliklər tədris olunub.
Təlimlər Aslan Kərimovun rəhbərliyi ilə AFFA-nın təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılıb və məşqçilərin ilkin peşəkar bacarıqlarının formalaşdırılmasına yönəlib.
Kursun yekununda tədris proqramını uğurla tamamlayan AFFA Region Liqasında təmsil olunan komandaların 26 məşqçisinə D lisenziyalı diplomlar təqdim edilib.