"Mançester Siti" və "Liverpul" "Lans"ın qapıçısı Robin Risserlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.

 

Hər iki İngiltərə nəhəngi 21 yaşlı qapıçı uğrunda mübarizədə "Bavariya"ya qoşulub.

 

Ötən yay PSJ-də Risserə maraq göstərmişdi. Lakin transfer baş tutmayıb və qapıçı "Lans" rəhbərliyi ilə razılığa gələrək, 2026/27 mövsümünün sonunda klubdan ayrılmaq barədə anlaşıb.

 

Risser 21 bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb. Onun "Lans"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

 

Qeyd edək ki, qapıçı Fransa millisinin heyətində DÇ-2026-da iştirak edib.