Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 13-cü tura start verilir. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk matçında "İmişli" "Şəfa"nı qonaq edir. 12 turdan sonra aktivində 12 xal olan nominal meydan sahibləri tunir cədvəlində 8-ci, qonaqlar isə 5 xalla 11-ci pillədə qərarlaşıb. Tərəflər arasında I dövrədə baş tutan görüşdə sevinən tərəf bölgə təmsilçisi olub. "Pələnglər" Sumqayıtda 1:0 hesabı qələbə qazanıblar.
Qeyd edək ki, matçın start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIII tur
14:30. "İmişli" - "Şəfa"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax. Şəhər stadionu.
"İmişli": 1. Yusif İmanov 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 33. Əkbər Eyubov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 9. Dioqo Almeyda 10. Dioqo Kardozu 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 14. Bəxtiyar Həsənalızadə 70. Mehdi Tahirov 55. Murad Ələkbərov 30. Xəlil Mürsəlli 6. Yau Mozes 23. Dioqo Rollo 8. Xuan Hernandes 42. Sebai Senin.
Baş məşqçi: Ervins Perkons
"Şəfa": 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 29. Vüsal Qənbərov 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 23. Nahid Əliyev 77. Elmar Məmmədov 39. Eltun Babazadə 10. Dilan Mertens 8. Vlad Pop 22. Umar Diav 34. Kristofer Mamenqi.
Baş məşqçi: Zaur Həşimov.