PSJ hücumçu Xulian Alvaresin transferi ilə bağlı "Atletiko"ya müraciət edib, lakin rədd cavabı alıb. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Madrid klubu 26 yaşlı argentinalı futbolçunu 2027-ci ilin yanvarında satmaq niyyətində deyil. Digər tərəfdən, "Arsenal" da vəziyyəti izləyir, baxmayaraq ki, onlar da transferin qışda reallaşacağını gözləmirlər.

 

"Atletiko" Fransa klubuna konkret cavab verib: mövsüm ortasında satış nəzərdən keçirilmir. Alvaresin özü də komandadan ayrılmağa can atmır. O, həm klubu, həm də millinin heyətində son 10 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Alvares 2024-cü ilin avqustundan "Atletiko"dadır və onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" poratlı oyunçunun dəyərini 110 milyon avro qiymətləndirir.