"Víkingur"un qapıçısı İnqvar Yonson dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə İslandiya klubunun mətbuat xidməti məlumat yayıb.
Bu ilin may ayında xərçəng diaqnoz qoyulan qolkiper noyabrın 25-də 37 yaşında vəfat edib.
Yonson 2020-ci ildən "Víkingur"un heyətində çıxış edirdi. Klubda olduğu müddətdə o, dörd dəfə İslandiya çempionu olub və üç dəfə İslandiya Superkubokunu qazanıb. Qapıçı komanda heyətində sonuncu oyununu mayın 3-də "Keflavík"ə qarşı keçirib.
Yonson karyerası ərzind İslandiyanın "Njarðvík" və "Stjarnan", Norveçin "Start", "Sandnes" və "Sandefjord", həmçinin Danimarkanın "Viborg" klublarında da çıxış edib.
Qeyd edək ki, qapıçı İslandiya millisinin heyətində səkkiz oyun keçirib. O, AVRO-2016-ya yollanan yığmanın heyətində yer almışdı.