Hücumçu Markus Reşford "Mançester Yunayted"i tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında paylaşım edib.

 

"Qırmızı şeytanlar" uyğun təklif gələcəyi təqdirdə, 29 yaşlı futbolçunu qış "transfer pəncərəsi" dövründə satmağa hazırdırlar.

 

Mənbənin sözlərinə görə, artıq "Everton" və "Fənərbaxça" Reşfordla maraqlanır.

 

Qeyd edək ki, Reşford ötən yay "Barselona"dakı icarə müddətindən sonra "Mançester Yunayted"ə qayıdıb. İngilis futbolçu cari mövsümdə səkkiz oyuna çıxsa da, nə qol vura, nə də məhsuldar ötürmə edə bilib.