"Empoli" yeni baş məşqçi ilə anlaşıb. Lorenzo Tonelli İtaliya təmsilçisinin "sükanı arxasına" keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssis noyabrın 28-də keçiriləcək "Verona" ilə oyunda komandaya rəhbərlik edəcək. Françesko Tavano da texniki köməkçi qismində onun məşqçilər korpusuna qoşulacaq.
"Empoli"nin yetirməsi olan Tonelli 2010-cu ildən klubun əsas heyətində çıxış edib. O, həmçinin "Napoli" və "Sampdoria" klublarının da formasını geyinib. 2023-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra "Empoli"nin akademiyasında məşqçiliyə başlayıb. U-16 və U-17 komandalarını çalışdırıb.
Qeyd edək ki, B Seriyasında çıxış edən "Empoli" 13 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.