UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Beşiktaş" Gürcüstanda "Hapoel"i (Beer-Şeva) qəbul edir. Sport24.az xəbər verir ki, hazırda 0:0 hesabı ilə davam edən görüşdə gərgin anlar yaşanıb.
Belə ki, matçın 20-ci dəqiqəsində hər iki komandanın futbolçuları arasında insident baş verib. Bir qədər sonra isə azarkeşlər arasında qarşıdurma yaşanıb. Nəticədə qarşılaşma dayandırılıb.