Türkiyə Super Liqasında 13-cü turda keçiriləcək "Beşiktaş" – "Qalatasaray" matçının hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, İstanbul derbisini Oğuzhan Çakır idarə edəcək.

 

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

 

Ona laynsmanlar Anıl Usta ilə Bersan Duran köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Alper Akarsu yerinə yetirəcək.

 

Qeyd edək ki, "Beşiktaş" – "Qalatasaray" qarşılaşması noyabrın 30-da "Beşiktaş Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.