"Latsio"nun yarımmüdafiəçisi Kennet Teylor İngiltərə və İtaliyadakı bir sıra klubların diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, "Yuventus", "Bornmut" və "Nyukasl" niderlandlı futbolçunun ətrafındakı vəziyyəti izləyirlər.

 

Hər üç klub qış "transfer pəncərəsi" dövründə oyunçunu heyətinə qatmağı nəzərdən keçirir. Lakin Roma təmsilçisi Teylorun yanvarda komandadan ayrılmasına icazə vermək fikrində deyil.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm "Latsio"nun heyətində 13 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.