"Monako"nun hücumçusu Folarin Balogun karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.

 

Zədələnmiş Benjamin Şeşkonu əvəz edəcək mərkəz hücumçusu axtarışında olan "Mançester Yunayted"in maraq göstərdiyi 25 yaşlı futbolçu, əsas hədəfi kimi Premyer Liqaya qayıtmağı seçir.

 

Balogun 2023-cü ildə Fransaya köçməzdən əvvəl İngiltərənin yüksək liqasında "Arsenal"ın şərəfini qoruyub. Amerikalı oyunçu ilə "Milan" və "Yuventus" klubları da maraqlanır.

 

Qeyd edək ki, Balogun cari mövsümdə səkkiz oyunda meydana çıxıb və bir qola imza atıb.