Bu gün I Liqada 9-cu tura start verlir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 oyun baş tutacaq.
Lider "Şahdağ Qusar" "Baku Sportinq"in qonağıdır. "Karvan Yevlax" öz meydanında "Mingəçevir"i, "Gəncəbasar" isə MOİK-i qonaq edir.
Qeyd edək ki, turun digər iki qarşılaşması isə sabah keçiriləcək. Bununla da I Liqada 1-ci dövrəyə yekun vurulacaq.
I Liqa
I dövrə, IX tur
14:30. "Baku Sportinq" - "Şahdağ Qusar"
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. "Baku Sportinq Arena".
14:30. "Karvan-Yevlax" - "Mingəçevir"
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.
19:00. "Gəncəbasar" - MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu.