"Sabah"ın prezidenti Maqsud Adıgözəlov UEFA Çempionlar Liqasında keçirdikləri "Barselona" ilə oyundan əvvəl maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, klub rəhbəri Kataloniya təmsilçisi ilə qarşılaşmadan çəkinmədiklərini və son dəqiqəyə qədər mübarizə aparacaqlarını söyləmişdi.

Adıgözəlov "Okko Sport"a açıqlamasında rəqibin gücünü qəbul etsə də, komandasının mübarizə əzmini qeyri-adi ifadə ilə çatdırıb:

"Biz kiminlə oynadığımızı başa düşürük, bəli, hamı başa düşür. Amma necə deyərlər, "cəsarətlilərin dəliliyinə mahnı oxuyuruq". Əgər qorxsaydıq, Çempionlar Liqasında oynamazdıq, burada olmazdıq. Ona görə də, əlbəttə ki, kiminlə oynadığımızı bilirik, amma son dəqiqəyə qədər vuruşacağıq – bunu sizə vəd edirəm".

Qeyd edək ki, bu açıqlama "Sabah" – "Barselona" matçından əvvəl verilib. Bakı Olimpiya Stadionunda keçirilən görüş İspaniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.