Çempionlar Liqasının V turunun "Sabah" – "Barselona" oyununu izləyən azarkeş sayı məlum olub. Sport24.az xəbər verir ki, tribunalarda 66 min 321 tamaşaçı yer alıb.
Bu, turun qarşılaşmaları arasında üçüncü ən yüksək göstəricidir.
Birinci pillədə "Real" – PSV matçı qərarlaşıb. Madridlilərin 5:1 hesablı qələbəsini stadiondan 76 min 176 azarkeş izləyib.
"Sabah" "Barselona"ya 1:4 hesabıyla uduzub.