Niderland millisinin keçmiş yarımmüdafiəçisi Uesli Sneyder, İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramosun oyunda geyindiyi formanı hərracda 65 126 avroya satıb. Sport24.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

 

Ramos bu formanı Sneyderə 2010-cu il dünya çempionatının finalından sonra hədiyyə edib. Həmin oyunda İspaniya əlavə vaxtda Niderlandı 1:0 hesabı ilə məğlub edib. Sneyder həmçinin həmin matçda özünün geyindiyi formanı da 5000 avroya satıb.

 

Daha əvvəl 42 yaşlı niderlandlı DÇ-2010-da layiq görüldüyü "Gümüş top" mükafatını 19 000, DÇ-2014-də qazandığı bürünc medalını isə 6 500 avroya satmışdı.

 

Sneyder və Ramos 2007-ci ildən 2009-cu ilə qədər "Real"da birlikdə çıxış ediblər.

 

Qeyd edək ki, Sneyder Niderland millisinin heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir (134 oyun). O, 31 qol vurub, DÇ- 2010-da il gümüş medal, DÇ-2014-də və Avro-2004- də isə bürünc medallar qazanıb. Yarımmüdafiəçi 2010-cu ildə "İnter"in heyətində Çempionlar Liqasının qalibi olub.