Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 finalın ilk matçında LKS-yə (Polşa) uduzub – 0:3 (13:25, 18:25, 22:25).

 

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

 

Azərbaycan təmsilçisi əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu məğlub edib – 3:1, 3:0.