Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İtaliyanın "Savino Del Bene" klubu ilə qarşılaşacaq.

 

Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Qeyd edək ki, "Turan" D qrupunda Türkiyənin "Eczacıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də mübarizə aparacaq.