"Sabah" bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "bayquşlar"ın rəqibi dünya nəhəngi "Barselona"dır.

 

Bakı Olimpiya stadionunda baş tutacaq görüşün start fiti saat 21:45-də sələnəcək.

 

 "Sabah" "Barselona"nın qarşılaşacağı ilk Azərbaycan klubu olacaq. Katalonlar indiyədək avrokuboklarda heç bir təmsilçimizlə qarşılaşmayıb. 

 

Bu görüş ərəfəsində aktivində 9 xal olan Kataloniya təmsilçisi (3 qələbə, 1 məğlubiyyət) turnir cədvəlində 8-ci, "Sabah" isə 3 xalla (1 qələbə, 3 məğlubiyyət) 30-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, reqlamentə əsasən, ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9–24-cü yerlər pley-offa yüksəlir.

 

Çempionlar Liqası

Liqa mərhələsi, V tur

 

21:45. "Sabah" - "Barselona"

Hakimlər: Nikolas Uolş, Frensis Konnor, Deniel Makfarleyn, Donald Robertson (hamısı Şotlandiya)

VAR: Endryu Dallas (Şotlandiya)

AVAR: Stiven Maklin (Şotlandiya)

Bakı. Olimpiya Stadionu.