İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la keçirəcəyi qarşılaşmanın hazırlıq prosesini Bakıda davam etdirib. Sport24.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
Kataloniya təmsilçisinin oyunöncəsi hazırlığının ilk 15 dəqiqəsini media nümayəndələri izləyiblər. İsinmə hərəkətləri ilə məşqə başlayan futbolçular daha sonra müxtəlif çalışmalar yerinə yetiriblər.