AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib. Sport24.az xəbər verir ki, diqqətçəkici məqam ondan ibarətdir ki, kursa paytaxtdan əlavə Qarabağ, Mərkəz, Cənub, Şimal, Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi cəlb edilib.

 

Kurs Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədris AFFA-nın Məşqçiləri Maarifləndirmə Şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti ilə təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

 

Üç gün davam edəcək kursda iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər aşılanacaq. Tədris proqramını uğurla mənimsəyən iştirakçılara kursun sonunda AFFA D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.