I Liqada 9-cu turun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

 

Lider "Şahdağ Qusar" "Baku Sportinq"in qonağı olacaq. Oyunu Kamran Əliyev idarə edəcək. Hesabat həftəsinin mərkəzi qarşılaşması hesab olunan "Gəncəbasar" - MOİK matçında isə ədaləti Nazim Abdullayev qoruyacaq.

 

I Liqa

IX tur 

 

26 noyabr

14:30. "Baku Sportinq" - "Şahdağ Qusar"
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Baku Sportinq Arena"

 

14:30. "Karvan-Yevlax" - "Mingəçevir"
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu

 

19:00. "Gəncəbasar" - MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu

 

27 noyabr
14:30. "Zaqatala" - "Xankəndi"

Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu

 

16:00. "Səbail"- "Şimal"
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Törə Əhmədova
"Bank Respublika Arena"