"Barnet"in hücumçusu İsayya Noel-Uilyams zorlama ittihamları ilə əlaqədar həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb. 

 

Hertfordşir polisi bildirib ki, 23 yaşlı ingilis futbolçuya qarşı altı maddə üzrə ittiham irəli sürülüb. Üç zorlama, bir cinsi təcavüz, bir yetkinlik yaşına çatmayan şəxslə cinsi xarakterli ünsiyyət və narkotik vasitənin ötürülməsi epizodu.

 

"Barnet" klubu əsas komandanın oyunçusu İsayya Noel-Uilyamsa qarşı ittihamlar irəli sürüldüyünü təsdiqləyib. O, Hertfordşir polisinin apardığı istintaq çərçivəsində həbs edilib.

 

Noyabrın 21-i Noel-Uilyams Hetfild Magistrat Məhkəməsi onun həbs edilməsi barədə qərar qəbul edib.

 

İş üzrə növbəti məhkəmə iclası dekabrın 22-nə, Sent-Albans Kral Məhkəməsinə təyin edilib.

 

Qeyd edək ki, hücumçu bu mövsüm İngiltərə futbolunun dördüncü divizionunda çıxış edən "Barnet"in heyətində 9 oyuna çıxıb.