"Sabah" – "Barselona" oyunu ilə əlaqədar noyabrın 25-dən 26-na keçən gecə metronun Qırmızı xəttində iş vaxtı bir saat uzadılacaq. Sport24.az xəbər verir ki, xəttin bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.

 

Yaşıl və Bənövşəyi xətlərdə isə iş rejimi dəyişməyəcək.

 

Qeyd edək ki, noyabrın 25-də, Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyununa saat 21:45-də start veriləcək.