"Arsenal"ın və Dortmund "Borussiya"sının keçmiş futbolçusu Tomaş Rositski "Sparta"nın idman direktoru postundan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Çexiya klubunun mətbuat xidməti məlumat yayıb.
Praqa təmsilçisi və 46 yaşlı funksioner qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Komandanın yeni idman direktoru vəzifəsinə Tomaş Sivok təyin olunub.
Tomaş Rositski 2018-ci ilin dekabrında "Sparta"nın idman direktoru təyin olunmuşdu.
Qeyd edək ki, 15 turdan sonra aktivində 24 xal olan "Sparta" hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.