Donetsk "Şaxtyor"unun Çempionlar Liqasının əsas mərhələsində "Fənərbaxça"ya qarşı keçirəcəyi oyun üçün Londona səfəri xoşagəlməz olayla yadda qalıb. Sport24.az xəbər verir ki, bu barədə tükiyəli jurnalist Burhan Terzin məlumat yayıb.
"Şaxtyor" srağagün Lvovdan Polşaya yola düşüb və oradan Londona uçmağı planlaşdırıb. Lakin Polşa sərhədçiləri klub nümayəndə heyətinə məxsus, baş məşqçi Arda Turan və onun məşqçilər heyətini daşıyan üç nəqliyyat vasitəsinin sərhədi keçməsinə icazə verməyiblər. Donetsk təmsilçisinin səkkiz futbolçusu da sərhədi vaxtında keçə bilməyib.
Polşa rəsmiləri bu gecikməni "öz sistemlərindəki nasazlıqla" izah ediblər. Üç saatlıq gözləmədən sonra Turan və onun köməkçilərinin sərhədi keçməsinə icazə verilsə də, futbolçular buraxılmayıblar. Nəticədə, həmin səkkiz futbolçu komandanın təyyarəsinə minə bilməyib və gecəni Polşada keçirməli olublar. Onlar ertəsi gün Londona uça biliblər.
Bu səbəbdən "Şaxtyor"un bütün məşq planında dəyişiklik olub.
Qeyd edək ki, "Şaxtyor" - "Fənərbaxça" qarşılaşması bu gün Londonda baş tutacaq.