"Mançester Yunayted" "Əl-Əhli"nin hücumçusu Ayvan Tounini heyətinə qatmaqda maraqlıdır. Futbolçu artıq bu qış İngiltərəyə qayıtmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Tərəflər 30 yaşlı hücumçunun transferi ilə bağlı müxtəlif variantları araşdırırlar. Bu ssenarilərdən biri də oyunçunun satınalma hüququ ilə icarəyə götürülməsidir.

 

"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino yanvarda mərkəz hücumçusu mövqeyinin gücləndirilməsini əsas prioritet hesab edir. Bununla yanaşı, "Arsenal", "Çelsi" və "Tottenhem" də ingilis futbolçuya maraq göstərir.

 

Touni həmçinin İngiltərə milli komandasına yenidən dəvət almağa və Avro-2028-də iştirak etmək üçün heyətdə yer qazanmağa ümid edir.

 

 

Qeyd edək ki, ingilis futbolçu bu mövsüm 14 oyunda meydana çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.