"Leyptsiq" və Leverkuzen "Bayer"i "Udineze"nin mərkəz müdafiəçisi Matteo Palmanın transferində maraqlıdır.  Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

18 yaşlı futbolçu bu mövsüm İtaliya klubunun heyətində səkkiz oyuna çıxıb və bir qol vurub. O, həmçinin noyabr ayında keçirilən Millətlər Liqası matçları üçün İtaliya millisinə ilk dəfə dəvət alıb, lakin hər iki oyunda iştirak ərizəsinə daxil edilməyib.

 

"Udineze"nin gənclər akademiyasının yetirməsi olan Palma əsas komandada debütünü 2024/25 mövsümündə edib və o vaxtdan bəri əsas heyətdə ümumilikdə 18 oyuna çıxıb. O, ötən mövsümün ikinci yarısını icarə əsasında B Seriyası təmsilçisi "Sampdoriya"da keçirib. 11 matçda meydana çıxan futbolçu bir qol vurub və bir dəfə meydandan qovulub.

 

Qeyd edək ki, Berlin şəhərində anadan olan Palmanın Almaniya pasportu da var.