"İnter" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Hakan Çalhanoğlu zədələnib.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

Türkiyəli yarımmüdafiəçi çempionatda "Atalanta" ilə matçda sıradan çıxıb. 33-cü dəqiqədə əvəzlənən futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.


Qeyd edək ki, Berqamoda baş tutan qarşılaşma bərabərliklə başa çatıb – 4:4.