15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Hazırlıq prosesi noyabrın 27-dək davam edəcək. Toplanışa 27 futbolçu dəvət olunub: 


Çingiz Müslümov, Elman Tahirov, Eldar Hüseynov, Fəqan İbrahimov, Əli Hüseynli (hamısı "Sabah"),  Vüsal Atakişiyev, Fərman Əsədov, Emil Əhmədov, Əli Kamal (hamısı "Qarabağ"), Toğrul Məmmədov, Hacımurad Abuşov, Yusif İbrahimli, Ömər Verdiyev (hamısı "Neftçi"), Kənan Həsənli, Mehman Pur Rza, Yunis Oruczadə, Tunar Qurbanlı (hamısı "Sumqayıt"), Uğur Əlizadə ("Ulduz"), Hüseyn Rəhimov ("Qəbələ"), Tunar Namazlı, Ayxan Yolçuzadə, Əfqan Musayev (hamısı "Turan Tovuz"), İbrahim Hüseynov, Sadiq Tağıyev (hər ikisi "Kəpəz"), Amin Mərdanov, Fuad Məmmədli (hər ikisi "Zirə"), Fərxad Həsənli ("Binə").