"Sumqayıt" futbolçusu Masaki Murata ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

 

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki,  2023/2024 mövsümündə "Sumqayıt"da çıxış edən yaponiyalı oyunçu 2025-ci ildə komandaya qayıtmışdı.