II Liqada 12-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutacaq.

 

"Şəmkir" "Ağdaş"ı, "Difai" isə "Marafon"u qonaq edir.

 

Qeyd edək ki, hesabat həftəsi çərçivəsində dünən keçirilən oyunlarda  "Qaradağ Lökbatan" "Şirvan"ı (1:0) "Kür-Araz" "Şəki"ni (3:1), "Hypers" isə "Ağstafa Gəncləri"ni (2:0) məğlub edib. "Zəngəzur"un UEFA Region Kubokunda iştirakı səbəbindən "Dinamo" ilə görüşü təxirə salınıb.

 

İkinci Liqa

XII tur

14:00. "Şəmkir" - "Ağdaş"
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Samir Cabbarov, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şirvan. Olimpiya İdman Kopmpleksinin stadionu

14:00. "Difai" - "Marafon"
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Əkbər Əliyev, Rauf Salamov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. "Palms Sports Futbol Mərkəzi (IV meydança)