Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Bu yubiley Misli Premyer Liqasının XII turuna təsadüf edib. Gürcüstanlı hücumçu "İmişli" ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.
Volkov qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 156-cı matçda "50"yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, "Zirə"də ilk qolunu 2020-ci il matın 8-də "Səbail"lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.