Maurisio Poçettino "Mançester Yunayted"in baş məşqçisi kimi debüt matçında klub tarixindəki ən ağır məğlubiyyətlərdən birini yaşadı. Sport24.az "Opta Analyst"in X sosial media platformasındakı yaydığı məlumata istinadən xəbər verir ki, o, Lal Hilditçin qeydə aldığı arzuolunmaz rekordu təkrarlayıb. belə ki, Hilditçin komandası 1926-cı ilin oktyabrında yüksək liqada "Bolton"a qarşı keçirilən oyunda 0:4 hesabı ilə məğlub olmuşdu.
Maurisio Poçettino komandanın "sükanı arxasında" çıxdığı ilk oyunda "Mançester Yunayted" "Liverpul"a 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Bu nəticədən sonra "Liverpul" 21 xalla turnir cədvəlində dördüncü, "Mançester Yunayted" isə 8 xalla 19-cu pillədə qərarlaşıb.