"Uotford" Eduard İordanesku ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

O, hazırda İngiltərə klubunun baş məşqçisi olmağa əsas namizədidir. Tərəflər razılaşmanın şərtlərini müzakirə edir və müqavilənin detallarını yekunlaşdırmağa çalışırlar. İordanesku, bazar günü vəzifəsindən azad edilən Alessio Dionisini əvəz edəcək.

 

48 yaşlı mütəxəssis son olaraq Varşavanın "Legia" klubunda çalışıb. O, bu komandaya 2025-ci ilin iyununda rəhbərlik etməyə başlamışdı. İordanesku həmin ilin oktyabr ayının sonunda Polşa klubundan ayrılıb. Rumıniyalı mütəxəssis "Sükan arxaslnda" olduğu müddətdə komanda 24 matça çıxıb və Polşa Superkubokunu qazanıb.

 

Qeyd edək ki, "Uotford" 16 turdan sonra Çempionşipdə 15 xalla turnir cədvəlində 21-ci pillədə qərarlaşıb.