"Roma" müdafiəçisi Mario Hermoso ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial media hesabında paylaşım edib. 

 

Oyunçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatır. Yeni sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

 

31 yaşlı ispan futbolçu bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 3 qol vurub.

 

Qeyd edək ki, "Roma" hazırda A Seriyasında ikinci pillədə qərarlaşıb və "Latsio"dan iki xal geri qalır.