Türkiyənin "Bursaspor" komandasında çıxış edən Toral Bayramov Birinci Liqanın 15-ci turunda oyun şansı qazanmayıb. Sport24.az xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda "Sivasspor"u 2:0 hesabı ilə məğlub edib.

 

Azərbaycan millisinin üzvü qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qələbə ilə "Bursaspor" xal ehtiyatını 35-ə çatdıraraq yenidən liderliyə yüksəlib.