Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Bukovina" səfərdə "Veres"in qonağı olub.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Veres" - "Bukovina" - 1:3
Qollar: Herman Penkov, 21-avtoqol – Vitali Qruşa, 51 , Yevhen Pidlepenets, 62, Danılo Kravçuk, 64
Renat Dadaşov matça start heyətində başlayıb və görüşün 60-cı dəqiqəsində əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Bukovina" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.