İtaliyanın "Napoli" klubunun şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyin 2027-ci ildə yenidən İngiltərə Premyer Liqasına dönmək ehtimalı gündəmə gəlib. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

 

Neapol təmsilçisinin 29 yaşlı futbolçunu heyətdə saxlamaq cəhdlərinə baxmayaraq, yeni müqavilə danışıqlarında razılıq əldə olunmur. Vəziyyətdən xəbərdar olan "Mançester Yunayted" rəhbərliyi isə baş məşqçi Maurisio Poçettinonun orta xətti gücləndirmək planları fonunda akademiya yetirməsini "Old Trafford"a qaytarmaq variantını nəzərdən keçirir.

 

İtaliya çempionunun aparıcı üzvlərindən birinə çevrilən Maktomineyi "Çelsi", "Milan", "Yuventus" və bir neçə Səudiyyə Ərəbistanı klubu da transfer etmək istəyir.