Misli Premyer Liqasının XII turunun "Araz-Naxçıvan" – "Neftçi" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.azxəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:
– Sevinirəm ki, qələbə qazandıq. Uşaqlara dedim, rəqibin autsayder olmasına baxmayın, onlar orada olmağa layiq deyillər. Nəzərə alaq ki, süni örtüklü meydançada oynadıq. Bilirsiniz ki, "Araz-Naxçıvan" daimi burada oynayır və belə arenaya öyrəşib. Bəzi epizodlarda süni örtüyə görə topu itirirdik. Məyusedici məqam belə bir qol buraxmağımız oldu. Bu cür səhvlərə yol vermək olmaz. Yuxarı pillələrə iddia edən komanda bunu etməməlidir. Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu. Qol buraxmadan qələbə qazanmaq istəyirdik. Matçı təhlil edib, nəticələr çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm, bizi tək qoymadılar.
– Qustavo Klismanın qolunu necə şərh edərdiniz?
– Qol barədə yaxşı fikirlər söyləmək olar. Gözəl zərbə idi. Sevindirici haldır ki, artıq altıncı qolunu vurdu.
– Növbəti rəqib "Zirə"dir. Bu mövsüm yeganə məğlubiyyəti onlardan almısınız. Revanş hissi var?
– Revanş deməzdim, sadəcə maksimum bacardığımızı ortaya qoyub, üç xal qazanmaq istəyirik. Eyni istək onlarda da var. Yaxşı futbol sərgiləməyə çalışacağıq.