Misli Premyer Liqasının 12-ci turuna Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edir.
Meydan sahibləri I dövrədə nümayiş etdiyi oyun və topladığı xallarla bəlkə də çoxlarını təəccübləndirməyi bacardı. Azər Məmmədovun baş məşqçisi olduğu kollektiv hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb. "Sarı-göylər" bu gün qalib gələcəyi halda mövqeyini bir qədər də yaxşılaşdırıb, 4-cü yerə yüksələ bilər.
"Qarabağ" isə bu görüş ərəfəsində 19 xalla 19 xalla 5-ci yerdədir. Onu da nildirək ki, Ağdam təmilçisinin ilk dövrədəki bir oyunu təxirə düşüb. "Köhlən atlar" Gəncə səfərindən qələbə ilə dönəcəyi halda "Zirə"ni geridə qoyaraq bir pillə irəliləyəcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 13-cü tura noyabrın 27-də start veriləcək.
Misli Premyer Liqası
II dövrə, XII tur
17:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Gəncə. Şəhər stadionu.
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 8. Şakir Seyidov 9. Kennet Kalunqa 66. David Domqjoni 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 21. Azuma Abubakar 33. Blessinq Olabiran
Baş məşqçi: Azər Məmmədov
"Qarabağ": 23. Martin Zlomisliç 13. Bəhlul Mustafazadə (k) 20. Kadi Borqes 2. Mateus Silva 9. Zakaria Savo 25. Cebrail Makreçkis 19. Taofik İsmail 7. Jali Muaddib 88. Samuel Lobato 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 12. Teymur Həsənov 55. Bədavi Hüseynov 22. Musa Qurbanlı 8. Marko Yankoviç 5. Bruno Lanqa 29. Renaldo Sefas 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Reda Xadra
Baş məşqçi: Qurban Qurbanov