"Liverpul"un müdafiəçisi Vircil van Deyk "Yuventus"un transfer hədəfinə çevrilib. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Komur sosial şəbəkə hesabında paylaşım edib.
"Milan"ın da marağına baxmayaraq, Turin klubu 2027-ci ilin yayında (həmin vaxt 35 yaşı tamam olacaq) mərkəz müdafiəçisini heyətinə qatmağı planlaşdırır.
Van Deyk "Liverpul"la müqaviləsini uzatmasa, Turin klubu niderlandlı futbolçu ilə hələ bu qış ilkin müqavilə imzalaya bilər.
Qeyd edək ki, Van Deyk 2018-ci ildən bəri "Liverpul"da çıxış edir. "Qırmızılar"ın kapitanı bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb. Oktyabr ayında müdafiəçi Niderland millisinin heyətində 100-cü oyununa çıxıb.