"Bavariya"nın baş icraçı direktoru Yan-Kristian Dreesen 2025/26 mövsümü üzrə maliyyə nəticələrini təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Əməliyyat mənfəəti 187,8 milyon avrodan 190,8 milyon avroya yüksəlib. Vergidən əvvəlki mənfəət 35,3 milyon avro, klubun xalis mənfəəti isə 22,8 milyon avro təşkil edib.

 

"Biz növbəti dəfə rekord göstəricilərə nail olduq! "Bavariya" klubunun ümumi gəliri 978,3 milyon avrodan 988,2 milyon avroya çatıb.

İqtisadi baxımdan biz hazırda tarixi bir mərhələyə – klub gəlirlərində bir milyard avro həddinə yaxınlaşırıq. Bu, gücümüzün möhkəm təmələ əsaslandığını nümayiş etdirir", - Dreeesen bildirib.