"Bavariya" daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Maykl Olis sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olis Bundesliqada "Köln"lə matçda (1:1) zədələnib. O, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Sözügedən görüşdə "Bavariya"nın daha bir futbolçusu – Harri Keyn də zədələnib.