"Şəfa"nın futbolçusu Elnur Cəfərov Misli Premyer Liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilib. Sport24.az xəbər verir ki, futbolçuya mükafat Misli Premyer Liqasının 12-ci turunda keçirilən "Şəfa" - "Qəbələ" matçından əvvəl təqdim olunub.
Mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.