Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Turan Tovuz"u qonaq edir. Bu komandalar arasında Tovuzda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi. Hazırda aktivində 14 xal olan meydan sahibləri turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Avrokuboklar uğrunda mübarizə aparan qonaqlar isə 11 turdan sonra 21 xal toplayıb və 3--cü yerdədir. 

 

Qeyd edək ki, qarşılamanın start fiti saat 14:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

 

14:30. "Şamaxı" - "Turan Tovuz"

Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.

 

"Şamaxı": 1. Rikardo Fernandes (k), 14. Uğur Cahangirov, 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, 3. Jota
19. Abdullahi Şuaybu, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini

 

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 10. Edqar Adilxanov, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ, 44. David Santos

 

Baş məşqçi: Azər Bağırov

 

"Turan Tovuz": 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Beusnar, 90. Joarlem Santos, 77. Vadji İbrahima, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 25. Denis Marandiçi, 33. Filip Damyanoviç, 11. Dioqo Balau

 

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 3. Enrike Silva, 15. Emmanuel Hakman, 8. David Tavareş

 

Baş məşqçi: Kurban Berdiyev