Meyson Qrinvud yanvarda "Fənərbağça"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, İspaniyanın "Atletiko" və İtaliyanın "Napoli" klubu ingiltərəli hücumçu ilə maraqlanır.

 

Bu barədə "El Gol Digital" portalı məlumat yayıb.

 

Klublar qış transfer dönəmində Qrinvud üçün "Fənərbağça"nın "qapısını döyəcək".

 

İngiltərəli futbolçu bu mövsüm Super Liqada 10 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.