Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda bu gün ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda Polşanın "Dolnoşlyonski" kollektivi ilə qarşılaşacaq.
Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında keçiriləcək görüşə saat 13:00-da start veriləcək.
"Zəngəzur"la bir qrupda "İstanbul" və Rumıniyanın "The Carpathians" klubları da mübarizə aparır.